Əməliyyat Sistemlərinin Təhlükəsizliyi Necə Təmin Olunur?

32

Hər gün smartfon, noutbuk və ya istənilən kompüterlə qarşılıqlı əlaqədə olarkən, birbaşa və ya dolayı yolla əməliyyat sistemi (OS) ilə işləyirsiniz. Əməliyyat sistemlərinə MS Windows, macOS, iOS, Android, Chrome OS və Linux kimi nümunələr daxildir. Amma əməliyyat sistemi nədir? Əməliyyat Sistemi və Avadanlıq Əməliyyat sistemini anlamaq üçün əvvəlcə kompüter avadanlığını (hardware) başa düşmək lazımdır. Avadanlıq dedikdə, əl ilə toxunula bilən bütün kompüter hissələri nəzərdə tutulur, məsələn, ekran, klaviatura, USB yaddaş və s. Əməliyyat sistemi bu avadanlıqlar ilə proqramlar arasında əlaqə yaradır və onları idarə edir. Əməliyyat sistemi olmayan avadanlıqlar öz-özünə heç bir proqramı işlətdə bilməz. Əməliyyat Sistemlərinin Rolları Əməliyyat sistemi proqramların avadanlıqlara çıxışını müəyyən qaydalara uyğun idarə edir. Məsələn, gündəlik istifadə etdiyiniz veb brauzerlər (Firefox, Chrome, Safari) və ya mesajlaşma tətbiqləri (WhatsApp, Telegram, Signal) birbaşa avadanlığa çıxış etmirlər, əməliyyat sistemi vasitəsilə bu proses baş verir.