Haqqımızda

Tryhackme.az, dünyaca məşhur TryHackMe platformasının Azərbaycan dilinə tərcümə olunmuş versiyasıdır. Bu layihə, kibertəhlükəsizlik üzrə

biliklərini genişləndirmək istəyənlər üçün hazırlanmışdır və tərcümələr Nəsirov Pərviz tərəfindən həyata keçirilir. Pərviz Nəsirov 16 ildən artıqdır ki, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir və kibertəhlükəsizlik təlimlərində iştirak edən hər kəsə bu platforma ilə öz biliklərini inkişaf etdirməyə dəstək olur. Məqsədimiz, bu sahədə təhsil alanlara Azərbaycan dilində yüksək keyfiyyətli resurslar təqdim edərək, kibertəhlükəsizliyi daha əlçatan etməkdir.

Niyə Tryhackme.az?
Kibertəhlükəsizlik üzrə biliklər, real təcrübə və praktiki laboratoriyalarla möhkəmlənir. Bizim platformamız, TryHackMe təcrübəsini Azərbaycan dilində təqdim edərək, həm yeni başlayanlar, həm də peşəkarlar üçün təhlükəsizlik alətləri və texnikalarını öyrənməkdə əvəzsiz bir vasitədir.