Kibertəhlükəsizlikdə Karyera Tryhackme (Careers in Cyber)

14

Kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün çoxlu imkanlar mövcuddur. Son illərdə bu sahəyə olan tələbat sürətlə artır və yüksək maaşlar təklif olunur. TryHackMe platformasındakı “Careers in Cyber” kursu, kibertəhlükəsizlik sahəsində həm hücum, həm də müdafiə yönümlü iş mövqelərini araşdırmağa kömək edir.

Hücum yönümlü təhlükəsizlik, pentesting ilə məşğul olan mütəxəssisləri əhatə edir. Onlar sistemləri hack edərək zəiflikləri aşkar edir və bu barədə hesabat verirlər. Müdafiə yönümlü təhlükəsizlik mütəxəssisləri isə bu hücumların qarşısını almaq üçün sistemləri qoruyur və təhqiqat aparırlar.

Bu kurs, kibertəhlükəsizlikdə karyera yolunu seçmək istəyənlər üçün mükəmməl bir bələdçidir.