Rəqəmsal Forensika Nədir?
Rəqəmsal forensika, rəqəmsal qurğulardan (kompüter, mobil cihazlar, serverlər və s.) cinayətlərin və ya kiber hücumların araşdırılması üçün məlumatların əldə olunması və təhlil edilməsi prosesidir. Cinayət hallarını araşdıran mütəxəssislər, məlumatları bərpa edir, təhlil edir və məhkəmədə istifadə edilə biləcək sübutlar toplayırlar. Bu sahə kiber təhlükəsizliyin vacib hissəsidir və məlumatların necə qorunmalı və bərpa edilməli olduğunu öyrənmək üçün zəruridir.